İspaniya La Liqasında sentyabr ayının ən yaxşıları məlum olub.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşı futbolçusu “Atletiko”nun hücumçusu Antuan Qrizmann seçilib. Fransalı futbolçu sentyabr ayında La Liqada 4 oyuna 5 qol vurub.
Sentyabrın ən yaxşı baş məşqçisi isə “Atletik”in çalışdırıcısı Ernesto Valverde seçilib. Onun komandası ötən ay La Liqada keçirdiyi 4 oyunun hamısında qalib gəlib.
saytlarin hazirlanmasi