İki qızdan sonra oğlan

14:29 - 17 Oktyabr 2016

“Çelsi” klubunun yarımmüdafiəçisi Sesk Fabreqas 3-cü dəfə ata olmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Daniello Semandan iki qız övladı olan ispaniyalı futbolçunun arzusu geçəkləşmk üzrədir. Liya və Karpinin ardından həyat yoldaşının dünyaya oğlan uşağı gətirəcəyi xəbərini Fabreqas həkimdən alıb. Ultrasəs müayinəsindən keçən Semanın 3-cü övladının oğlan olduğu bəlli olub. Fabreqas dünyaya gələcək 3-cü övladıyla bağlı fikirlərini “twitter” səhifəsində paylaşıb: “Xanımım daha bir uşaq gözləyir. Nəhayət, iki qızdan sonra oğlum olacaq. Əlbəttə, sevinirəm və özümü çox xoşbəxt hiss edirəm”.

Xəbər xətti