"Barselona" Neymarla yeni müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, Kataloniya klubu aparıcı futbolçularında olan Neymarla müqavilə müddətini uzadacaq. Bu barədə klubun sosial şəbəkə hesablarından məlumat verilib.
Braziliyalı ulduz futbolçunun imza mərasimi cümə günü baş tutacaq. 24 yaşlı hücumçu ilə 2018-ci ildə bitməli olan sözləşmə 2021-ci ilədək uzadılacaq.
Qeyd edək ki, "Barselona" Neymarı 2013-cü ildə Braziliyanın "Santos" klubundan 85 milyon avro qarşılığında transfer etmişdi.
saytlarin hazirlanmasi