Klaudio Bravo Premyer Liqa ilə La Liqanın fərqindən danışdı

12:48 - 18 Oktyabr 2016

İspaniyanın “Barselona” klubunun sabiq qapıçısı Kladuio Bravo keçmiş klubuna qarşı keçirəcəyi oyun haqqında açıqlama verib.

 
Sportal.az xəbər verir ki, "Mançester Siti"də çıxış edən 33 yaşlı qolkiper bir vaxtlar kataloniyalılar ilə qazandığı uğuru təkrarlamaq niyyətindədir:

 

“Mən Barselonaya xoş hisslər və ruhi sakitlik ilə qayıdıram. Burada yaxşı oyun göstərmək arzusundayam. "Barselona"da qazandığım uğurları "Mançester Siti"də təkrarlamaq istəyirəm”.

 

Futbolçu hazırda şərəfini qoruduğu  “Mançester Siti” klubundan danışıb:


“İngiltərə Premyer Liqası La Liqadan fərqlidir. Fiziki cəhətdən daha yaxşıdır. Ən əsası isə stadionlar tam dolur. Bura alışmağım gözlədiyimdən də sürətli baş verdi. Mən tənqidlərə çox da fikir vermirəm. Çalışıram oyunumu yaxşılaşdırmağı öyrənim. Mediada nə yazıldığını də oxumağa vaxtım olmur. Çünki qayğısına qalmalı olduğum 4 uşağım var. Ən yaxşı oyunlarımı da tezliklə göstərəcəm. "Barselona" ilə Çempionlar liqasının qalibi olmuşuq. Düşünürəm ki, “Mançester Siti” ilə də eyni uğuru qazanmağa pillə-pillə yaxınlaşacağıq“.


Bravo bir zamanlar eyni klubda mübarizə aparan komanda yoldaşı Messi haqqında da təəsüratlarını bölüşüb.

 

“Messinin zədəsi sağalan kimi oyuna geri döndü və qol vurdu. Bu elə də təəcüblənəsi hal deyil. O, dünyanın ən yaxşı futbolçusudur. Onu dayandırmağın tək yolu, ona qarşı çox yaxşı oynamaqdı. Müxtəliflik yarada bilən hücumçudur“.


Qeyd edək ki, “Barselona” və “Mançester Siti” Çempionlar liqasının qrup mərhələsi çərçivəsində qarşılaşacaqlar.

Xəbər xətti