"Atletiko"da yeni müqavilə

15:40 - 21 Oktyabr 2016

Madridin "Atletiko” klubu Yannik Fereyra Karrasko ilə yeni müqavilə imzalyıb.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin üzvü 2022-ci ilə qədər paytaxt klubunun şərəfini qoruyacaq.Yeni müqaviləyə əsasən onu transfere etmək istəyən klub "Atletiko"ya 100 milyon avro ödəməli olacaq. 
 

Qeyd edək ki, Karrasko ötən il "Monako"dan transfer edilib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi komandanın heyətində keçirdiyi 38 oyunda 10 qol vurmağı bacarıb. 

Xəbər xətti