"Real" "Milan"ın qapıçısına "elçi düşdü"

18:15 - 21 Oktyabr 2016

İtaliyanın "Milan” klubunun gənc qolkiperi Canluici Donnarumma "Real”ın transfer hədəfindədi.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi gəlcəyin ən yaxşı qapıçıları arasında göstərilən əlcək sahibi ən tez müddətdə rənglərinə bağlamaq istəyir. 
 
Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Bildirilir ki, artıq "kral klubu”nun rəhbərliyi bu barədə futbolçunun meneceri Mino Rayola ilə də danışıq aparıb.
 
Ancaq "Milan” da gənc futbolçusunu satmaq niyyətində deyil. "Milan”ın Çindən olan yeni rəhbərliyi 18 yaşlı futbolçu ilə 2022-ci ilə qədər yeni saziş imzalamaq istəyirlər.

Xəbər xətti