"Barselona"nın Neymarla yeni müqavilə ilə bağlı razılıq əldə etdiyi barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi bu gün klubun prezidenti Xosep Maria Bartomeunun iştirakı ilə keçirilən tədbirdə braziliyalı futbolçuya imza atdırıb. 24 yaşlı forvard 2021-ci ilə dək "Barselona"nın uğurları üçün tər tökəcək.
Yeni sözləşməyə əsasən "sambaçı"nın İspaniya nəhəngində illik qazancı 15 milyon avro təşkil edəcək. Ulduz futbolçunu transfer etmək istəyən klublar "Barselona"ya 200 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, "Barselona" Neymarı 2013-cü ildə Braziliyanın "Santos" klubundan 85 milyon avro qarşılığında transfer etmişdi.
saytlarin hazirlanmasi