Arda Turan sıradan çıxdı

00:33 - 22 Oktyabr 2016

"Barselona"nın futbolçuları Rafinya və Arda Turan La Liqanın 9-cu turunda "Valensiya"ya qarşı oynamayacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçilərin yüngül zədələnməyidir. Bu səbəbdən onların adı sözügedən oyun üçün heyətə daxil edilməyib.


Qeyd edək ki, "Valensiya" - "Barselona" görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

 

Xəbər xətti