"Barselona"nın braziliyalı ulduzu Neymar komandası haqqında açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı oyunçu artıq İspaniyaya tam adaptasiya olduğunu bildirib.
"İndi "Barselona"da oynamaq daha asandır. Braziliyadan bura gələndə mənim üçün adaptasiya olmaq çox çətin idi. Çünki oyun, taktika, bir sözlə, hər şey müxtəlif idi. Yaxşı bir məşqçinin olması da çox vacib amildir. Luis Enrike mənim üçün ən yaxşısıdır".
Neymar Enrike ilə yanaşı, keçmiş komanda yoldaşı, hazırda "Yuventus"da oynayan Dani Alveşin də adını çəkib.
"Alveş mənim üçün çox dəyərli bir şəxsdi. O mənə həm peşəkar, həm də şəxsi olaraq kömək edib. Mən ona çox borcluyam və Alveş üçün darıxıram. O, hər zaman ətrafındakı insanlara yaxşı təsir göstərir və daima pozitiv enerji bəxş edir. Dostlarım çoxdu, ancaq Dani kimi heç kim ola bilməz".
Onu da qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın "Santos" klubundan "Barselona"ya transfer olunub.