Madrid "Real"ının sabiq futbolçusu Devid Bekhem yenidən "kral klubu"nda çalışacaq.
Sportal.az xəbər verir ki, İngiltərə yığmasının sabiq üzvü klubun ABŞ-dakı səfiri kimi fəaliyyət göstərəcək. Bu təyinatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, 41 yaşlı əfsanəvi futbolçu 2003-2007-ci illərdə "Real"da çıxış edib. O, İspaniya klubunun heyətində meydana çıxdığı 116 matçda 13 dəfə fərqlənməyi bacarıb.
saytlarin hazirlanmasi