Kasilyas: "Yığma karyeramı başa vurmamışam"

11:36 - 25 Oktyabr 2016

İspaniya millisinin və "Portu"nun qolkiperi İker Kasilyas karyerası ilə bağlı önəmli açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu yığma karyerasından danışıb:

 

"Milli karyeramı başa vurmamışam. Sadəcə Lopeteqi məni yığmaya dəvət etmədi. Onunla heç bir problemim yoxdur. Lopeteqiyə hörmətlə yanaşıram. Dəvət etsə, əlbəttə, gedərəm. Pepe Reynanın yığmaya qayıdışı məni sevindirdi. Gənc oyunçular ondan örnək almalıdır".

 

Kasilyas 2018-ci il dünya çempionatında sonra yığma karyerasını başa vuracağını açıqlayan Xerar Pikenin qərarına münasibət bildirib:

 

"Bu, bir qədər gözlənilməz oldu, amma onun qərarına hörmətlə yanaşmaq lazımdır. Təbii ki, belə qərar verməməli idi".

Xəbər xətti