Küçədə yatan azarkeşə iş yeri tapıldı

10:10 - 27 Oktyabr 2016

“Real Sosyedad” klubu evsiz bir insanı iş ilə təmin edib.

 

Sportal.az xəbər verir ki, rəhbərlik aylardır klubun giriş hissəsində iti ilə birlikdə yatan Ruben Vitariano adlı şəxsi kluba çağıraraq iş veriblər. Vitoriya yaxınlığında doğulan Ruben Vitariano iti Mundo ilə 3 il San Sebastian küçələrində gecələyirdi. Son 8 ayda isə “Real Sosyedad” klubunun stadionunun qarşısında məskən salıb. Bunu görən klub mühazifə xidməti bu barədə rəhbərliyi məlumatlandırıb. Klub rəhbərliyi isə bu şəxsi stadionda işə başlamağa dəvət edib.

 

Onların sözlərinə görə Ruben işə ilk olaraq stadion qapılarını rəngləməklə başlayıb. Rubenin jurnalistlərə verdiyi açıqlamada isə “bura mənim itmiş ümidim oldu” - deyə bildirib: “Mən fikirləşirəm ki, görəsən hələ də belə yaxşı insanlar qalıb? Uzun müddət sonra bu klub mənim itmiş ümidim oldu. Buradan aldığım məvaciblə bir otaq kirayələmişəm, artıq küçələrdə yatmıram”.

 

Qeyd edək ki, “Real Sosyedad” La Liqada 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti