"Bir gün Qvardiola ilə çalışmaq istəyərəm"

17:05 - 1 Noyabr 2016

Çempionlar Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində "Barselona" səfərdə "Mançester Siti"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, kataloniyalıların xorvatiyalı futbolçusu İvan Rakitiç İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola haqqında maraqlı açıqlamalar verib. 28 yaşlı yarımmüdafiəçi ispan mütəxəssislə çalışmaq arzusunda olduğunu bildirib:

 

"Bir gün Qvardiola ilə çalışmaq istəyərəm. Bu mümkün olmasa, onunla bir qəhvə içsək də xoş olar. "Barselona"ya gələndə "4" nömrəli formanıona görə seçdim. Komanda yoldaşlarım da mənə Qvardiola haqqında çox şey danışıb. O, möhtəşəm insandı. Ümid edirəm sabah yox, amma gələcəkdə çox uğurlar qazanar".

 

Qeyd edək ki, "Mançester Siti" - "Barselona" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti