"Mançester Yunayted" Pol Poqbanın transferi ilə qırdığı rekordu Luis Suareslə yeniləməyi hədəfləyir.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanların başməşqçisi Joze Mourinyo ötən mövsüm La Liqanın bombardırı olmuş uruqvaylı forvard üçün 150 milyon avro xərcləməyə hazırdı. Lakin Kataloniya təmsilçisinin prezidendi Xosep Maria Bartomeu 29 yaşlı hücumçunun "Nou Kamp"dan ayrılmayacağını bildirib:
"Sky Sports"a danışan prezident "Oxuduq, dinlədik və qəzetlərdə gördük. Amma Luis Suares "Barselona"da xoşbəxtdi. Onunla yeni müqavilə imzalamağı düşünürük" deyib.
Qeyd edək ki, Suares "Barselona"ya 2014-cü ildə "Liverpul"dan transfer olunub. O, İspaniya təmsilçisinin heyətində meydana çıxdığı 111 matçda 94 qol vurub. Təcrübəli forvardın "Barselona" ilə 2019-cu ilədək müqaviləsi var.
saytlarin hazirlanmasi