Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Atletik" - "Genk" matçı meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Sportal.az xəbər verir ki, sözügedən qarşılaşmada penta-trik edən Arits Aduris Avropa Liqasının tarixinə düşüb.
Belə ki, bunadək heç bir futbolçu Avropa Liqasında bir oyunda 5 qol vura bilməmişdi. Maraqlıdı ki, 35 yaşlı forvard qolun 3-nü penaltidən vurub.