"Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 11-ci turu çərçivəsində "Sevilya" ilə keçirilən matçda (2:1) komandasının qalibiyyətində böyük pay sahibi olan Lionel Messinin ünvanına təriflər səsləndirib.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis argentinalı hücumçunun istedadından danışıb. O, Messinin hər mövqedə oynamağı bacardığını deyib:
"Leo hər mövqedə oynaya bilmə və meydandakı hər cürə durumu analiz etmək istedadına sahib bir futbolçudu. Onun kimi futbolçu yoxdu. Hər zaman Messidən böyük fayda götürməyə çalışırıq".
Qeyd edək ki, "Sevilya" üzərindəki qələbə ilə xallarını 25-ə çatdıran "Barselona" turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini qoruyub.
saytlarin hazirlanmasi