"Mançester Yunayted"in sabiq futbolçusu Erik Kantona Fransa mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu Lionel Messi haqda verilən suala maraqlı cavab verib. Kantona argentinalı ulduzu amerikalı məşhur müğənni Castin Biberə bənzədib:
“Nə deyə bilərəm? Sarı saç, qızılı rəngdə saqqal. Yeniyetmə musiqi qruplarının solistinə çevrilib. Mən onun qollarındakı tatuajları demirəm. Onu bu hala salan utansın! Get-gedə Castin Biberə bənzəyir”.
saytlarin hazirlanmasi