Portuqaliyanın "Sportinq" klubunun prezidenti Bruno Karvalyo maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Portuqaliya mətbuatına açıqlama verən Karvalyo "Real"ın futbolçusu Kriştiano Ronaldonun "Sportinq"ə qayıdacağına ümid edir:
"Məncə, Ronaldo "Sportinq"ə qayıdacaq. Düşünürəm ki, 40-41 yaşına qədər futbol oynayacaq və karyerasını doğma klubunda - "Sportinq"də bitirəcək”.
Qeyd edək ki, Bruno Karvalyo daha öncə verdiyi açıqlamada ən böyük hədəfinin Ronaldonu "Sporrtinq"ə qaytarmaq olduğunu bildirmişdi.
Xatırladaq ki, 31 yaşlı hücumçu bir neçə gün əvvəl "Real”la 5 illik yeni müqavilə imzalayıb və bunun "Real"a imzaladığı sonuncu müqavilə olmadığını vurğulayıb.