“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo “Marca” qəzetinə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Sizin bu cür oyun bacarığına uzun yol qət edərək gəlmisiniz. Gedə biləcəyiniz daha nə qədər yol var?
- Hələ getmək üçün uzun yolum var. Gələcək haqqında heç nə düşünmürəm. Mən hər zaman hazırki vəziyyəti düşünürəm. Hazırda “Real”la və “Nike” markası ilə çalışıram.
- Bu, qaçılmazdır ki, azarkeşləriniz artıq sizin gələcəyiniz barədə düşünür. Bu haqda nə deyə bilərsiniz?
- Mən əvvəllər də qeyd etmişəm ,düşünürəm ki, həmişə bir futbolçu kimi “Real”a bağlı olacam. Bəlkə də karyeramı da burda başa vurdum. Nə baş verəcəyini birlikdə görəcəyik.
- Sizcə, yaxşı bir baş məşqçi ola bilərsiniz?
- Bilmirəm, görərik. Bəzi futbolçular olur ki, kənardan yaxşı baş məşqçi kimi görünür, ancaq sonra ümidləri doğrultmur. Ona görə də buna inanmaq bir az çətindir. Bu barədə çox da narahat deyiləm.
- Zinəddin Zidanla münasibətiniz haqqında nə deyə bilərsiz?
- Bizim yaxşı münasibətimiz var. Ötən mövsüm birlikdə Çempionlar Liqasının qalibi olduq. Bir futbolçu kimi mən onun fanatı olmuşam. O həm yaxşı insan, həm də yaxşı çalışdırıcıdır.
- 2016-cı ili bu qədər uğurlu hesab etmirdiz, düzdü?
-Bu il mənim karyeramda ən vacib il kimi tarixə düşdü. Əvvəl Çempionlar Liqasının, daha sonra da isə Portuqaliya ilə Avropa çempionatının qalibi oldum. Bundan daha xoşbəxt özümü təsəvvür edə bilmirəm.
- Gənc nəsilə baxanda növbəti Kriştiano Ronaldo görürsünüz?
- Şübhəsiz, futbolda ikinci Kriştiano Ronaldo olmayacaq və ola da bilməz. Yaxşı futbolçular əlbəttə ki, olacaq. Avropada çox istedadlı gənclər var. Məsələn, Renato Sançez, Andre Qomeş, Joao Mario və.s. Mən sadəcə portuqalıyalıların adını çəkdim. Bu kimi futbolçular çoxdur. Çox sevindirici haldır ki, gələcəkdə də futbol ən azı bugünkü kimi güclü olacaq.
- “Nike” ilə iş birliyiniz haqqında nə deyə bilərsiniz?
- “Nike” brendi hazırda çox tanınmış bir firmadır. Biz daha böyük layihələr üçün kontraktlar imzalamışıq. Yaxın 20 ildə bu iş birliyimizin davam edəcəyini düşünürəm.
- El-Klasiko ilə bağlı hansı xatirləriniz var?
- El-kalssiko və derbilər hər zaman xüsusi olur. Mənim pis və yaxşı xatirlərim var. Lakin belə oyunları sevirəm. Hər kəs maraqla izləyir. Çox rəqiblərimiz olub. Çempionlar Liqasını qazandığımız derbini xatırladım. Bu, yaxşı xatirədir.
- Alvaro Morata haqqında fikirləriniz necədir? Sizcə, “Yuventus”un onun inkişafında təsiri olub?
- Morata fanstastik bir mövsüm keçirdi. İtalıyada çox şey öyrənib və bir futbolçu kimi inkişaf edib. O çətin sınaqlardan keçib.
- “Yuventus”u bu il Çempionlar Liqasının qalibi kimi görürsünüz?
- Əlbəttə, onlar mükəmməl komandadır. Məşqçi, komanda, azarkeşlər və stadion amili bunu deməyə əsas verir. Niyə də yox?!
- “Real”la 5 illik müqavilə bağladınız. Lakin Lissabon klubunun prezidenti Bruno Karvalyo sizi bir gün “Sportinq”də görmək istəyirlər.
- Gələcək naməlumdu. Həmişə nəsə baş verə bilər. Mənim “Sportinq”ə bağlılığım hər zaman olacaq.