“Atletiko”nun futbolçusu Antuan Qrizmann karyerası haqqında danışıb.
Sportal.az xəbər verir ki, fransız ulduz 2 ildən sonra ən güclü futbolçu olacağına inandığını söyləyib:
“Hazırda dünyanın ən yaxşı 3 futbolçusundan biri olmağım gözəldir. Ümid edirəm ki, növbəti 2 ildə artıq birinci olacağam. Ötən mövsüm La Liqada ən yaxşı futbolçu seçildiyim üçün çox xoşbəxtəm. Bu onu sübut edir ki, yaxşı mövsüm keçirmişəm və daha böyük uğurlara gedən yolun üzərindəyəm. Bunun üçün hazırda sadəcə çox çalışıram”.
25 yaşlı futbolçu Ronaldo və Messi haqqında da danışıb:
“Ronaldo və Messi hazırda dünyanın 2 əfsanəvi oyunçusudur. 10 il sonra nələr baş verəcəyi isə məlum deyil. Öz səviyyəmi yüksəldərək ən yaxşı futbolçu olmağa çalışacam”.
Qeyd edək ki, Qrizmann 2014-cü ildən “Atletiko”da oynayır.
saytlarin hazirlanmasi