Yayda "Barselona”dan "Mançester Siti”yə transfer olunan Klaudio Bravo Çili mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, qolkiper İngiltərədə bir sıra dəyişikliklərlə üzləşdiyini deyib:
"İngiltərədə çox şey fərqlidi. Burada ailəmin həyatı dəyişib. Dil fərqi də var. İngiltərədə də yollar, yollardakı tıxaclar da fərqlidi”.
Bravo sabiq klubu "Barselona” haqda da danışıb:
"Mən elə də fərq görmürəm. "Mançester Siti” və "Barselona” bənzər klublardı. Ancaq "Barselona” "Mançester Siti”dən daha böyük klubdu”.
Çili millisinin üzvü "Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb:
"Qvardiola mənim üçün dünyanın ən yaxşı baş məşqçisidi. O, çox səmimidi və onunla istədiyin hər şey haqda danışa bilərsən. Onu ailə üzvümüz kimi qəbul edirəm”.
Qeyd edək ki, 33 yaşlı qolkiper mövsümün əvvəlində 18 milyon avro qarşılığında "Barselona”dan "Mançester Siti”yə keçib.
saytlarin hazirlanmasi