Ötən həftə “Real”la müqavilə müddətini 2021-ci ilə kimi uzadan Kriştiano Ronaldo tədbir zamanı taxdığı eynəyə görə cəzalana bilər.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Belə ki, Ronaldo imza mərasiminə şəxsi müqaviləsi olan “Nayk” firmasının istehsalı olan eynəklə gəlib.
“Real”ın sponsoru olan “Adidas” isə klubun tədbirlərində başqa idman firmasının məhsullarından istifadəni qadağan edir. Buna görə, “Real”ın portuqaliyalı futbolçuya cəza verəcəyi gözlənilir.
saytlarin hazirlanmasi