İspaniyanın "Barselona” klubu yeni sponsorla müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, Yaponiyanın "Rakuten” şirkəti növbəti 4 ildə Kataloniya təmsilçisinin baş sponsoru olacaq. 2017/18 mövsümünün əvvəlindən qüvvəyə minəcək müqavilənin şərtlərinə görə, klubun formasının üzərində sponsorun adı yazılacaq. Müqavilənin maddi tərəfi ilə bağlı məlumat verilməyib. Ancaq İspaniya mətbuatı Kataloniya təmsilçisinin bir il üçün 60 milyon avro gəlir əldə edəcəyini yazıb.
Xatırladaq ki, hazırkı sponsor "Qatar Airways” şirkətidir.