Madridin "Real” klubunun futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu eyni komandada oynadığı ən yaxşı futbolçunun portuqaliyalı ulduz Kriştiano Ronlado olmadığını deyib.
Qaret Uels millisinin sabiq üzvü Rayan Giqqzin eyni komandada oynadığı ən yaxşı futbolçu olduğunu söyləyib: "Eyni komandada oynadığım ən yaxşı futbolçu Kriştiano Ronaldo yox, Rayan Giqqzdi. O, mənim uşaqlığımın qəhrəmanıdı və futbol əfsanəsidi”.
Qeyd edək ki, Beyl 42 yaşlı Giqqzlə Uels millisində bir yerdə oynayıb. Beyl 2006-cı ildə milliyə dəvət alıbsa, Giqqz 2007-ci ildə milli karyerasını başa vurub.