Arda və Neymar cəzalandırıldı

18:59 - 17 Noyabr 2016

İspaniyanın "Barselona” klubu Türkiyə millisinin üzvü Arda Turanla braziliyalı futbolçu Neymarı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, hər iki futbolçuya pul cəzası kəsilib. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Bildirilir ki, buna futbolçuların məşqə gecikməsi səbəb olub. Verilən pul cəzasının miqdarının az olduğu qeyd edilir.

 

Nizam-intizama ciddi yanaşması ilə seçilən Luis Enrikenin məşqə gecikən futbolçulara 200 avro cəza verdiyi söylənilir. Ötən mövsüm bu səbəbdən ən çox cəza alan futbolçu 2300 avro ödəyən Pike olub.

Xəbər xətti