Madridin "Real” klubunun üzvü İsko komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, İspaniya millisinin üzvü "kral klubu”ndakı gələcək taleyi haqda heç nə bilmədiyini deyib:
"Klubla yeni müqavilə ilə bağlı heç nə danışmamışıq. Bu məsələ bilə bağlı indi heç nə deyə bilmərəm. Ümumiyyətlə, bu barədə geniş danışmaq istəmirəm”.
İngiltərə mətbuatı iddia edir ki, yarımmüdafiəçinin xidmətində "Tottenhem” və "Yuventus” klubları maraqlıdı. 24 yaşlı futbolçunun qışda bu klublardan birinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, İsko bu mövsüm "Real”ın heyətində 10 oyun keçirib və 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.