"Atletiko"nun prezidenti danışdı: "Qrizmann getməyəcək"

18:34 - 18 Noyabr 2016

Son zamanlar Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmannın "Visente Kalderon"dan gedəcəyiylə bağlı xəbərlər dolaşır.

 

Sportal.az xəbər verir ki, fransız forvardın adı "Real" və "Mançester Yunayted"lə hallanır. Paytaxt təmsilçisinin prezidenti Enrike Kerezo bu söz-söhbətlərə aydınlıq gətirib. Klub rəhbəri 25 yaşlı futbolçunu buraxmayacaqlarını bildirib:

 

"Qrizmannın "Real" və ya başqa bir kluba gedəcəyinə inanmıram. "Kral klubu"yla qonşu və dost münasibətimiz var"

Xəbər xətti