"Real"da şok: 4 ay oynamayacaq

16:14 - 24 Noyabr 2016

Madrid "Real"ının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun aparıcı futbolçularından olan Qaret Beyl uzun müddətli sıradan çıxıb.

 

Çempionlar Liqasının qrup mərhələsində "Sportinq"lə matçda (2 - 1) zədələnən uelsli yarımmüdafiəçinin durumuna aydınlıq gəlib. Tibbi müayinədən sonra ulduz futbolçunun 4 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Beylin əməliyyat olunacağı açıqlanıb.

Xəbər xətti