Türkiyənin "Antalyaspor" klubunun futbolçusu Samuel Etonun başı dərddədi.
Sportal.az xəbər verir ki, İspaniyada kamerunlu futbolçunun 10 il müddətinə həbs olunması üçün iddia qaldırılıb. Buna səbəb 35 yaşlı hücumçunun vergidən yayınmaqda ittiham olunmasıdı.
2006-2009-cu illlərdə "Barselona"da çıxış etdiyi zaman Eto 3,5 milyon avro vergi ödəməməkdə günahlandırılır. İspaniya mətbuatının yazdığına görə ulduz futbolçunun həbsindən əlavə 14 milyon avro təzminat ödəməsi də tələb olunur.
saytlarin hazirlanmasi