Sağ cinah müdafiəçisi mövqeyi üçün axtarışlarını davam etdirən "Barselona" "Çelsi"nin qapısını döyməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, mövsümün əvvəlində Dani Alvesin gedişindən sonra o mövqedə problemlər yaşayan Kataloniya təmsilçisi "zadəganlar"ın serb futbolçusu Branislav İvanoviçi heyətinə qatmaq istəyir. "Barselona" qış transfer pəncərəsi zamanı 32 yaşlı müdafiəçi üçün London klubuna rəsmi təklif göndərəcək.
Antonio Kontenin "Çelsi"də oynatdığı 3-4-3 sistemində yeri olmayan İvanoviçin komandadan ayrılacağı real görünür. Təcrübəli futbolçu 0:3-lük "Arsenal" məğlubiyytindən sonra cəmi 4 dəqiqə forma şansı qazanıb.
saytlarin hazirlanmasi