İspaniya La Liqasının XIII turunda "Real Sosiedad”la qarşılaşacaq "Barselona” daha bir itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Katoloniya təmsilçisinin aparıcı futbolçusu Arda Turan komandanın bu gün səhər baş tutan məşqində iştirak etməyib.
Buna futbolçunun səhhətində yaranan problem səbəb olub. Belə ki, futbolçu yüksək hərarəti olduğu üçün bugünkü məşqə qatıla bilməyib. Onun "Real Sosiedad”a qarşı oynayıb-oynamayacağı isə sabah bilinəcək.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Real Sosiedad” – "Barselona” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi