Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann “Real”ın futbolçusu Kriştiano Ronaldoya “sənə nifrət edirəm” deməsi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Qrizmann həqiqətən də belə ifadə işlətdiyini bildirib:
“Biz Kriştiano ilə restoranların birində rastlaşdıq. Ona yaxınlaşıb Çempionlar Liqasında və Avropa çempionatında qazandığı qələbə münasibətiylə təbrik etdim. Sonda isə mən sadəcə, zarafat etdim və ona nifrət etdiyimi dedim. Bu zarafatı onunla qarşılaşdığım və məğlub olduğum iki vacib oyuna görə etdim. Mən Ronaldoya böyük hörmət bəsləyirəm”.
saytlarin hazirlanmasi