Arda Turan "Real Sosyedad"a qarşı oynamayacaq

17:27 - 26 Noyabr 2016

"Barselona"nın futbolçusu Arda Turan komandasına "Real Sosyedad"la matçda kömək etməyəcək.

 


Sportal.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi yüksək hərarət səbəbindən son məşqi də buraxmışdı. O, sabah keçirləcək qarşılaşmaya hazır deyil və heyətə adı salınmayıb.


Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" görüşü noyabrın 27-i, Bakı vaxtı ilə 23:45-də baş tutacaq.

 

Xəbər xətti