Luis Enrike: "Ən pis oyunumuzu keçirdik"

14:57 - 28 Noyabr 2016

"Barseloma" La Liqanın 13-cü turu çərçivəsində səfərdə "Real Sosyedad"la 1 - 1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike oyundan sonra fikirlərini bildirib. İspan mütəxəssis komandasının çox zəif çıxış etdiyini deyib: 

 

"Bu oyunda xal qazanmaq mümkünsüz idi. 1 xal almağımız çox müsbət haldı. Komandaları tanımayan biri oyunu izləsə, formalarımızı dəyişsək, təəccüblənməzdi. Ən pis oyunumuzu keçirdik. İlk dəfə rəqibdən üstün oyun sərgiləyə bilmədik. Oyunumuzu inkişaf etdirməliyik, çünki bundan daha pis oynaya bilməzdik."

Xəbər xətti