Madridin "Real" klubunun üzvü Kristiano Ronaldo növbəti dəfə xeyriyyəçi addım atıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu təyyarə qəzasına uğramış Braziliyanın "Şapekoense" klubunun üzləşdiyi faciəyə biganə qalmayıb.
"Real"ın ulduzu adıçəkilən klubun heabına 3 milyon dollar köçürüb. Ronaldo facidədə həlak olanların yaxınlarına dəstək olub: "Baş verən faicədən şoka düşmüşəm. Mən hadisə qurbanlarının ailə üzvləri və dostları ilə həmrəyəm".
Qeyd edək ki, Sudamerikana kubokunun "Atletiko Nasyonal"la ilk final oyununun keçirilməsi üçün Kolumbiyaya yollanan "Şapekoense" Medelyin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 81 nəfərdən 76-sı vəfat edib.