Karles Puyolun "El-klasiko" proqnozu

11:58 - 2 Dekabr 2016

"Barselona"nın sabiq futbolçusu Karles Puyol bu həftə baş tutacaq "El-klasiko" haqqında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, sabiq futbolçu "Real" və "Barselona"nın arasında olan 6 xallıq fərqdən danışıb: 

 

"Real" hazırda turnir cədvəlində vahid liderdir. "Barselona" ilə 6 xallıq fərq qalibiyyət demək deyil. Hələ mövsümün sonuna uzun müddət var, hər şey baş verə bilər".

 

Puyol həmçinin bir vaxtlar özünü də iştirakçısı olduğu "El-klasiko" haqqında ən yadda qalan xatirəsini bölüşüb: 


"Həmin günlər üçün çox darıxıram. Oyunlar, komandam, yoldaşlarım və məşqlər. "El-klasiko"da ən yaxşı xatirəm 2009-cu ildə "Santyaqo Bernabeu"da "Real"ı 6:2 hesabı ilə məğlub etdiyimiz oyun olmuşdu. Matç günü isə bu oyunu evimdə dostlarımla izləyəcəm. Ümid edirəm ki, maraqlı oyun keçər və Barselona qalib olar. Fikrimcə, hesab 3:1 olacaq".

 

Qeyd edək ki, "Barselona" - "Real" matçı sabah Bakı vaxtı ilə 19:15-də başlayacaq.

 

Xəbər xətti