“Barselona”nın türkiyəli futbolçusu Arda Turan haqqında mətbuatda şok ittihamlar yayılıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İspaniyanın “Diario Gol” nəşri türk futbolçunun qumara vərdiş etdiyini yazıb.
“Arda “Hercules”lə oyununda kabus kimi idi. Ağlı futbolda deyildi. Bu cür oyunla “Barselona”da qalması çətindir. Onun pokerə xüsui marağı var. Ardadan başqa bir neçə futbolçunun da qumara marağı var. Ancaq Messi, Suarez, İniesta, Neymar və Pike kimi futbolçularla dostluğu sayəsində tənqid edilmir. Komanda yoldaşları onu hər zaman mediaya qarşı müdafiə edir. O, pokerə olan sevgisi ilə bilinən Pikedən belə çox qumar oynayır. Arda və digərləri qumarxanalara tez-tez gedirlər və “Barselona” klubunun rəhbərliyi də bunu bilir”,-deyə məlumatda qeyd edilib.
“Bu xəbər tamamilə yalandan ibarət. Arda nümunəvi bir həyat tərzi yaşayır. Nou Kampda çox mühüm oyuna çıxacaqlar. Hazırda yalnız El-Klassikoya hədəflənib. Baş məşqçi şans verərsə əlindən gələni edəcək”,-deyə futbolçunun meneceri Əhməd Bulud söyləyib.
saytlarin hazirlanmasi