İspaniya La Liqasının XIV turu "El Klasiko” ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, "Barselona” "Nou Kamp”da əzəli rəqibi "Real”ı qəbul edib. Oyunda hesabı açan tərəf meydan sahibi olub. Qarşılaşmanın 53-cü dəqiqəsində Luis Suares madridliləri meydanın mərkəzinə dəvət edib. Ancaq matçın son dəqiqəsində Serxio Ramos hesabda tarazlıq yaradıb - 1:1.
Müdafiəçinin bu qolundan sonra "Real"ın futbolçusu Dani Karvaxal sevincini "Barselona" azarkeşlərinə acıq verməklə qeyd edib. O, kataloniyalı fanatlara orta barmaq işarəsi göstərib.
Karvaxal oyundan sonra "twitter" hesabından bu jestinə görə, azarkeşlərdən üzr istəyib.
saytlarin hazirlanmasi