İspaniya Primerasının 15-ci turunda keçiriləcək "Real Madrid" - "Deportivo" matçında Zinəddin Zidan təcrübəli mütəxəssis Leo Benhakkerin rekorduna şərik çıxa bilər.
Sportal.az xəbər verir ki, "kral klubu" 33 oyundur uduzmur. "Deportivo" ilə oyunda məğlub olmasa, bu seriya 34-ə yüksələcək. Leo Benhakkerin rəhbərliyi altında "Real" (1989-cu il) ardıcıl 34 oyunda uduzmamış və "Selta" ilə görüşdə (0:2) bu seriya qırılmışdı.
Qeyd edək ki, Benhakker 1986-89-cu və 1991-92-ci illərdə "Real"a rəhbərlik edib.
saytlarin hazirlanmasi