Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmannın "Borussiya"nın futbolçusu Pyer-Emerik Obameyanq haqda danışıb.
Sportal.az xəbər verir ki, fransız futbolçunun Obameyanqın heyranlarından olduğu məlum olub. Qrizmann qabonlu futbolçunun dünya səviyyəli bir hücumçu olduğunu bildirib. 25 yaşlı forvard Dortmund "Borussuya"sının oyunları hər zaman izlədiyini deyib:
"Televiziyada "Borussiya"nın oyunlarını qaçırmamağa çalışıram. Çünki bu komanda darıxmamağımızı təmin edir. Oyunları hər zaman bol qollu olur. Ötən mövsüm qardaşım Obameyanqın dəvətiylə bir oyunlarına getdim. Oradakı atmosferdən inanılmaz şəkildə təsirlənmişdim".
Obameyanqın möhtəşəm bir qolçu olduğunu qeyd edən "Atletiko"nun futbolçusu "Dünya səviyyəli bir hücumçudu. Son aylar ərzində daha da inkişaf edib. Onu izləyərkən meydanda həmişə xoşbəxt olduğunu görürsünüz" deyə fikirlərini yekunlaşdırb.
saytlarin hazirlanmasi