"Barselona"nın futbolçusu Neymar yaxınlaşmaqda olan "Qızıl top" mükafatının sahibinin bəlli olacağı tədbir öncəsi komanda yoldaşı Messidən dəstəyini əsirgəməyib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu Messinin Kristiano Ronaldoyla rəqabətdə mükafatı qazanmağa layiq olduğunu deyib. Neymar argentinalı futbolçunun dünyada 1 nömrəli olduğunu bildirib:
"Əslində mükafatı kimin qazanacağını bilmirəm. Amma Messinin layiq olduğunu düşünürəm. Ronaldo möhtəşəm futbolçudu.Uzun illərdi oynayır və ona hörmətlə yanaşıram. Ancaq Messi mənim üçün 1 nömrədi".
saytlarin hazirlanmasi