Barselona" Luis Suareslə yeni müqaviləni imzalayacaq.
Sportal.az xəbər verir ki, bu barədə klubun prezidenti Xosep Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib. O, uruqvaylı hücumçu ilə razılıq əldə olunduğunu və yaxın günlərdə onunla müqavilə imzalanacağını bildirib. Yeni müqavilə müddəti 2022-ci ilə qədər olacaq.
Qeyd edək ki, 2014-cü ildən "Barsa"da çıxış edən Uruqvay millisinin üzvü Kataloniya klubunda 75 oyuna 65 qol vurub.
saytlarin hazirlanmasi