Madridin "Real" klubunun futbolçusu Rafael Varanın başına xoşagəlməz hadisə gəlib.
Sportal.az xəbər verir ki, futbolçunun evi qarət edilib. İspaniya mətbuatının məlumatına görə, hadisə çərşənbə axşamı baş verib. Belə ki, oğrular Çempionlar Liqasının VI turu çərçivəsində baş tutan "Real" - "Borussiya" (Dortmund) oyunu gedən zaman futbolçunun evinə giriblər. Futbolçunun evdə olmadığına əmin olan oğrular mənzilə daxil olaraq, ordan qiymətli əşyalar və pul aparıblar. İlkin araşdırmalara görə, futbolçuya 70 min avro ziyan dəyib.
Fansa millisinin üzvü polisə etiraf edib ki, mənzildən çıxan zaman siqnalizasiya sistemini işə salmağı unudub.
saytlarin hazirlanmasi