Madrid "Atletiko"su ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin qolkiperi Yan Oblak zədələnib. "Vilyareal"la matçda sol çiynindən zədələnən və oyunu davam etdirməyən qapıçının durumu ciddidir. Sloveniya millisinin üzvünün 4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, cari mövsümdə 21 matçda iştirak edən 23 yaşlı əlcək sahibi qapısında 16 qol görüb.
saytlarin hazirlanmasi