Yaponiyada keçirilən klublararası dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Meksikanın “Amerika” klubunu 2:0 hesabı ilə məğlub edən “Real” finala vəsiqəni təmin edib.
Sözügedən qarşılaşma Madrid təmsilçisinin üzvü Kriştiano Ronaldo üçün əlamətdar olub. Rəqib qapısından ikinci topu keçirən portuqaliyalı ulduz karyerası ərzində 500-cü qolunu vurub.
Qeyd edək ki, "Qızıl top" mükafatını qazanan Ronaldo, 2016-cı ildə Çempionlar Liqasını və Avropa çempionluğunu qazanıb.
saytlarin hazirlanmasi