35 yaşlı futbolçuya 40 milyon avro qiymət qoyuldu

00:58 - 22 Dekabr 2016

İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu Arits Adurislə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçuyla ilə müqavilənin müddəti 2018-ci il iyunun 30-a kimi uzadılıb.
Bilbaolular Adurisin sərbəst qalma qimətini 40 milyon avro qoyublar.


Qeyd edək ki, İspaniya millisinin üzvü olan Aduris 2012-ci ildən çıxış etdiyi "Atletik"də 201 oyunda 108 qol vurub.

 

Xəbər xətti