Messidən forma aldığı üçün azarkeşlərdən üzr istədi

15:27 - 22 Dekabr 2016

"Espanyol"un baş məşqçisi Kiki Sançes Flores azarkeşlərdən üzr istəyib. 

 

Sportal.az xəbər verir ki, 51 yaşlı çalışdırıcının "Barselona" ilə oyundan sonra etdiyi hərəkət azarkeşlərin narazılığına səbəb olub. 


"Nou Kamp"da keçirilən Kataloniya derbisində 1:4 hesabı ilə məğlub olan "Espanyol"un baş məşqçisi oyundan sonra Messini təbrik edib və onun formasını alıb. Mütəxəssisin bu hərəkəti isə azarkeşlər tərəfindən birmənalı qarşılanmıyıb və buna etiraz ediblər. Flores isə davranışının yalnış olduğunu anlayıb və fanatlardan üzr istəyib: 


"Espanyol" azarkeşlərindən üzr istəyirəm. Niyyətim onların hisslərinə toxunmaq deyildi. Cəmi 3 aydır ki, burada çalışıram. Bilirəm ki, "Barselona" ilə əzəli rəqibik. Bəzən elədiyim hərəkətlərə nəzarət edə bilmirəm. Oyundan sonra Messi'ni təbrik etdim və onun Barcelona heyranı olduğum üçün formasını istədim. Bir daha hər kəsdən üzr istəyirəm".

Xəbər xətti