Simeone: "Çelsi" Kosta üçün 200 milyon avro tələb etdi"

18:00 - 25 Dekabr 2016

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Çelsi"nin forvardı Dieqo Kostayla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis İspaniya millisinin üzvünü mövsümün əvvəlində transfer etmək istədiklərini, ancaq "Çelsi"nin futbolçu üçün 200 milyon avro tələb etməsi keçidə əngəl olduğunu söyləyib:

 

"Yayda Dieqonu heyətimizə cəlb etmək istədik. Onun müqaviləsində sərbəst qalmaq məbləği yox idi. "Çelsi" bizim təklifimizdən sonra 200 milyon avro tələb etdi. Bu transfer üçün çox səy göstərsəm də, baş tutmadı. Əvəzinə "Sevilya"dan Kevin Qameyronu rənglərimizə bağladıq".

 

Xatırladaq ki, Kosta 2014-cü ildə "Atletiko"dan "Çelsi"yə 38 milyon avro qarşılığında transfer olub. O, bu mövsüm 19 oyuna 13 qol vurub və 5 assist edib.

Xəbər xətti