Kapello Karlosun "Real"a keçidindən danışdı

18:18 - 25 Dekabr 2016

“Real”ın sabiq çalışdırıcı Fabio Kapello Roberto Karlosun 1996-cı ildə Madrid klubuna transfer olunması haqda danışıb.

 

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan təcrübəli mütəxəssis bunları qeyd edib:

 

“Məlumat aldım ki, Karlos “İnter”dən ayrılmaq istəyir. Onun komandanın çalışdırıcısı Roy Hocsonla gərgin münasibətlərinin olduğunu eşitdim. “Real”da baş məşqçiliyə yeni başlamışdım. Agentlrədən biri “İnter”in Roberto Karlosu satacağını bildirdi. Klubumuzun prezidenti ilə görüşdüm və 1 gün sonra braziliyalı ilə razılığa gəldik. Tarixin ən tez baş tutan transferlərindən biri ola bilər”.

 

1996/97-ci illərdə “Real”I çalışdıran Kapello “Milan”ın prezidenti Slivio Berluskoniyə söz verdiyi üçün İtaliya klubuna geri qayıtdığını etiraf edib.

 

Əlavə edək ki, Roberto Karlos 1996-2007-ci illər ərzində “Real”ın formasını geyib. 

Xəbər xətti