“Barselona”nın braziliyalı forvardı Neymar açıqlama verib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu "Qızıl top"u qazanmadığı üçün məyus olmadığını bildirib:
“Barselonada çox xoşbəxtəm. Ailəm və klubum buradadır. “Qızıl topu” qazanmamağım mənim üçün problem deyil. Mən mükafat qazanmaq üçün oynamıram. Futbol oynamaq məni sadəcə xoşbəxt edir. Çünki mən bunu sevirəm və çox istəyirəm. “Qızıl topu” qazanamasam, ölməyəcəm ki”.
Qeyd edək ki, bu il “Qızıl top”u “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo qazanıb.